Görüş keçirildi

16 aprel tarixində məktəbdə “Gələcəyini qur” gəncliyə dəstək layihəsi çərçivəsində görüş təşkil olunmuşdur. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilir. Bu layihənin məqsədi universitetlərə hazırlaşmaq imkanı məhdud, lakin oxuma həvəsi olan, bilikli və bacarıqlı gənclərin ali məktəblərə qəbul olmalarına dəstək göstərməkdir. Məhz bu məqsədlə təşkil olunmuş görüş layihəni təmsil edən nümayəndə Zeynəb Qarazadə ilə məktəbin X sinif şagirdləri arasında keçirildi. Məruzəçi layihənin şərtləri, seçim mərhələləri, tələb olunan meyarlar haqqında şagirdlərə geniş məlumat verdi. O, həmçinin ötən illərdə qazandığı uğurlar haqqında da söhbət açdı. Görüş çox maraqla qarşılandı. Layihənin təşkili bir daha sübut etdi ki, bu layihədə iştirak edib, gələcəyin yüksək ixtisaslı mütəxəssisinə çevrilərək cəmiyyətə faydalı bir vətəndaş olmaq olar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi