“Gənc bioloqların yaradıcılıq müsabiqəsi”

09 aprel  tarixində  məktəbdə  “Gənc bioloqların  yaradıcılıq  müsabiqəsi”  keçirildi.Müsabiqənin  təşkilatçısı   məktəbin biologiya müəllimi  Südabə Əfəndiyeva   IX-XI sinif  şagirdlərini  bu yarışmaya  cəlb etmişdir.Öz bilik  və bacarıqlarını  nümayiş etdirmək üçün  məktəblilər  “Sünbül”və “Lalə” adı altında  komandalara  bölünmüşdülər.Bu müsabiqənin  keçirildiyi  müddətdə  yuxarı sinif şagirdləri  biologiya  və ümumiyyətlə,təbiət elmləri sahəsində  aldıqları bilikləri  nümayiş  etdirdilər.Gözəl və əhatəli cavablar,maraqlı  sualların qoyuluşu yarışmanın  keçirilməsini daha da maraqlı etmişdir.Yarışma məktəbin müdriyyəti  ,müəllimlər və digər şagirdlər  tərəfindən  maraqla izlənildi.Sonda  münsiflər heyətinin  qərarına  əsasən  “Lalə” komandası qalib gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi