COCUQ MƏRCANLIYA QAYIDIŞ

    

03 aprel tarixində 3 “E” sinfinin sinif müəllimi Bəturə Sanıyeva tərəfindən sinif saatı təşkil edilmişdir. Söhbət zamanı Bəturə Saniyeva məlumat vermişdir ki, “Cocuq Mərcanlı” yaşayış məntəqəsi XIX əsrdə Cavad ağa Cavanşirə məxsus ərazidə salınmışdır. 1993-cü ildə isə erməni daşnakları tərəfindən işğal edilib.  Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Horadiz əməliyyatı zamanı kənd erməni azğınlarının işğalından azad olunub.

02 aprel 2016-cı ildə Lələ təpə yüksəkliyi dördgünlük müharibə (2-4 aprel) zamanı Ali Baş Komandan İlham Əliyevin başçılığı və  Azərbaycan Milli Ordusunun səyi və əzmi nəticəsində işğaldan qurtulmuş, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilərək doğma torpaqlarımızda AZƏRBAYCAN BAYRAĞI dalğalanmışdır. Bu müharibə zamanı Azərbaycan xalqının mərd,vətənpərvər oğulları düşmənə sinə gərərək,  canını xalq yolunda fəda edərək şəhid olsalar da, qarşı tərəf layiqincə cəzalandırılmış ,qana-qanla qarşılıq almış, çoxlu itki vermişlər.

Bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, ŞƏHİDLƏRİMİZƏ Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi