APREL DÖYÜŞLƏRİ İLƏ BAĞLI ŞAGİRDLƏRƏ MƏLUMATLAR VERİLDİ

03 aprel tarixində tarix müəllimi Qəribova Leyla 10 "Ç" sinfində  2016-cı il aprelin  1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə haqqında şagirdlərə məlumatlar vermiş, sinifdə müzakirələr aparılmışdır.

Qəribova Leyla dördgünlük müharibə zamanı əsgərlərimizin göstərdikləri igidliklərlə bağlı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələrinin Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, Seysulan məntəqəsini, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyi ələ keçirməkləri ilə bağlı şagirdləri məlumatlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi