Novruz bayramına həsr olunmuş tədbir

19 mart tarixində məktəbdə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri 1 “E” sinif şagirdləri sinif müəllimi İsayeva Nərgizin rəhbərliyi ilə təqdim etmişlər. Yazın gəlişi ilə əlaqədar qeyd olunan bu bayram günlərində kiçikyaşlı məktəblilər çox gözəl tədbir nümayiş etdirdilər. Gözəl səhnə tərtibatı əsl yaz günlərindən xəbər  verirdi. Novruz ənənələrinə uyğun olaraq Kosa və Keçəl kimi rəmzi obrazların, adətlərimizin təqdimatının verilməsi tədbirə xüsusi ahəng qatmışdı. Məktəblilər öz ifalarında səsləndirdikləri şeir və musiqi nömrələri göstərilən səhnəciklər vasitəsi ilə tamaşaçıların rəğbətini qazandılar. Yaşlarından fərqli nümayiş etdirdikləri istedad və bacarıqlarına görə hər kəs tərəfindən alqışlandılar.

Tədbirdə məktəb müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.

Sonda öz ürək sözləri və təbrikləri ilə məktəbin direktoru Əliyeva Nazilə xanım tədbiri yekunlaşdırdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi