“Environmental Hero” layihəsi

“Environmental Hero” layihəsi çərçivəsində məktəbimizdə bir sıra işlər görülmüşdür. Belə ki, layihə ətrafında çalışan 6 “E” sinif şagirdləri I mərhələnin şərtlərinə uyğun olaraq, ətraf aləmdə baş verən çirklənmə və digər ekoloji problemlərə aid posterlər hazırlanmış, onları məktəb foyesində nümayiş etdirərək layihənin qalibi olmuşlar.

14 mart tarixində layihənin II növbəti mərhələsinə start verildi. Şagirdlərdən Mİrzəyeva Adilə və Mikayılova Mədinə Yer kürəsindəki ekoloji problemlərə və havanın çirklənməsinə aid hazırladıqları təqdimatları digər siniflərdə nümayiş etdirdilər. Təqdimatlar məktəb şagirdləri tərəfindən maraqla  qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi