A.N.Tolstoyun “Qızıl Açar və ya Buratinonun macəraları” səhnədə

Rusiya İnformasiya və Mədəniyyət mərkəzinin  “Kitab və yazıçılar” layihəsi çərçivəsində 10 mart  tarixində Bakı  şəhəri  17 nömrəli tam orta məktəbdə  Rus və Sovet yazıçısı, tarixi və fantastik  romanlar, hekayələr müəllifi Aleksey Tolstoyun  “ Qızıl Açar  və ya Buratinonun  macəraları” na həsr olunmuş musiqili-əbədi kompozisiya  təşkil edilmişdir. Kompozisiya məktəbin ibtidai 2 “b” sinif  şagirdlərinin iştirakı ilə sinif müəllimi Nailə Hacıömərova  tərəfindən təşkil edilmişdir. Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva və Azərbaycanda fəaliyyət göstərən Rusiya ilə Həmrəylik Təşkilatının baş mütəxəssisi Yelena Şişkalova  və  Rusiya  İnformasiaya və Mədəniyyət Mərkəzinin koordinatoru Lyubov Yakunina iştirak etmişlər. Tədbirdə səslənən  gözəl şeirlər,musiqi nömrələri,nümayiş etdirilən səhnəciklər qonaqlar,müəllimlər,şagirdlər tərəfindən alqışla qarşılandı. Məktəb müdiriyyəti və qonaqlar  azyaşlı şagirdlərin  böyük  həvəslə ərzəyə gətirdikləri tədbiri yüksək qiymətləndirərək öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi