“Narkomaniyaya yox deyək !” mövzusunda tədbir keçirildi

01mart  tarixində Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında hüquqa zidd əmələrə, zərərli  vərdişlərə, nizam-intizam  qaydalarına  riayət olunmasına, müəllim-şagird münasibətlərinin normalara  uygun olması və “Narkomaniyaya  yox deyək!” mövzularında Bakı şəhəri  BPİ-NMİ-nin baş  əməliyyat  müvəkkili  polis  polkovnik leytenantı  Şirəli Babayev, Bakı şəhər  BPİ – nin  veteranlar şurasının sədri Emin Məmmədov, Xətai RPİ-nin veteranlar şurasının sədri Nazim Xıdırov, Xətai RPİ-nin veteranı Həsən Qarayev, 34 PB-nin YYÇ üzrə inspektoru polis mayoru Təyyar Süleymanlı, 34 PB-ni YYÇ üzrə inspektoru polis baş leytenantı Samir İsmayılov, 17 N-li tam orta məktəbin direktoru Nazilə Əliyeva ilə yuxarı sinif şagirdləri arasında görüş keçirildi. Tədbir zamanı yuxarıda adı çəkilən mövzular ətrafında geniş söhbət aparıldı. Tədbirdə məktəbliləri maraqlandıran suallara cavab verməklə, diskusiyalar da keçirildi. Əsrin bəlası sayılan narkomaniya və onun fəsadları mövzusu üzrə geniş izahat işləri aparıldı. Görüşün məqsədi yeni sağlam nəslin yetişməsinə dəstək olmaq idi.

Tədbirin keçirilməsi iştirakçılar tərəfindən təqdirəlayiq bir addım kimi qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi