20 yanvar faciəsinə həsr olunmuş əbədi-bədii kompozisiya keçirildi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin “20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün  keçirilməsi ilə  bağlı Təbbirlər Planı  haqqında”  20 dekabr 2017 –ci il  tarixli  198 № li  Sərəncama əsasən , Azərbaycanın azadlığı  və  ərazi  bütövlüyü  uğrunda  mübarizə  tarixinə  qəhrəmanlıq səhifəsi  kimi  yazılan  20 yanvar  faciəsi   barədə  məktəbliləri  daha  genış  məlumatlandırmaq  ,gənclərdə  vətənpərvərlik   hissini  yüksəltmək  məqsədilə  təsdiq  olunmuş  Bakı  şəhəi üzrə Təhsil  İdarəsinin  Tədbirlər planını  rəhbər  tutaraq  17 № li  məktəbdə də  fəaliyyət  proqramı  tərtib  edilmişdir. Buna uyğun  olaraq  məktəbdə  ölkəmizin  müstəqilliyi  uğrunda  mübarizədə  canlarını  qurban   vermiş  Vətən  övladlarını  yad  etmək məqsədilə  bir  neçə  iş aparılmışdır. Məktəbin  foyesində həmin  anları canlandıran  sənədli   filimlərdən  parçalar  nümayiş etdirilmiş , 20 yanvar faciəsinə həsr olunmuş xüsusi dərs və məşğələlər keçirilmişdir.Sinif  saatlarında   şagirdlər arasında  söhbətlər  aparılmış , eyni  zamanda   20 yanvar  ərəfəsində  məktəbdə  “Vətən şəhidləri   ilə ucalır“ mövzusunda  inşa   yazı , məlum  hadisələri  canlandıran  rəsm   müsabiqələri  təşkil   olunmuşdur. Məktəbimizdə həmçinin  20 yanvar  faciəsi  ilə  əlaqədar  dəyirmi  masa  ətrafında  mühazirələr   dinlənilmişdir. Tədbirlər  planına  yekun  olaraq  19 yanvar  tarixində  məktəbin  tarix  müəllimi  Əliyeva  Vüsalənin  təşkilatçılığı  ilə  6”e”   sinif  şagirdləri   əbədi –bədii  kompozisiya  təqdim  olundu.Tədbirdə  şagirdlər  N.Xəzrinin ,  B. Vahabzadənin  şeirlərini  səsləndirmiş , musiqi  nömrələri , həmin  hadisələri   canlandıran  səhnəciklər   təqdim etməklə  valıdeyn,  müəllim  və  şagird   kollektivinin  yaddaşında   dərin  iz buraxdılar   .Tədbir  məktəbin  direktoru  Əliyeva  Nazilə  xanımın  yekun  nitqi ilə  başa  çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi