X Respublika üzrə rus dili və ədəbiyyat olimpiadası keçirilmişdir.

Rusiya  FR,  Müstəqil Dövlətlər Birliyi, Xaricdə  Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal  Agentliyinin Azərbaycan nümayəndəliyinin  təşəbbüsü  və  Azərbaycan  Respublikasında Rusiya Səfirliyinin, Beynəlxalq Humanitar Əməkdaşlıq  üzrə Federal  Agentliyinin nümayəndəsinin, AR  Təhsil Nazirliyinin, Azərbaycanda  rusdilli təhsil müəssisələri müəllimləri Assosiasiyasının təşkilatçılığı  ilə 12  yanvar  2018  il tarixində “X  Respublika  üzrə  rus dili və ədəbiyyatı  olimpiadası“ həyata keçirilmişdir. Olimpiada  məktəbimizdə   çox yüksək səviyyədə təşkil  olunmuşdur. Belə ki, yarışmada könüllü əsaslarla  Nizami  və  Xətai  Rayon  rus  və azərbaycan  bölməsi  üzrə VII-VIII  sinif  şagirdləri  öz qüvvə və   bacarıqlarını  nümayiş etdirmişlər.                  

Olimpiada  zamanı  məktəbdə  2 mərhələ  üzrə:                                       

1.Yazılı  tapşırıqların  yerinə  yetirilməsi.                                                         

2.”Gənc  natiqlər“ yaradıcı müsabiqəsinin keçirilməsi istiqamətində iş  aparılmışdır.                                                                                                                

Təşkil  olunmuş  yarışmada  Beynəlxalq  Humanitar Əməkdaşlıq  üzrə Federal  Agentliyinin  rəhbəri  Denisov Valentin  Petroviç, nümayəndə Yakutina  Lyubov  Timofeyevna   və  Bakı Şəhər  Təhsil  İdarəsinin  nümayəndəsi  Adil Əliyev  iştirak etmişlər. Olimpiadada iştirak edən 200 nəfərdən artıq şagirdlər  sertifikatlarla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi