Fiziki tərbiyə aylığı çərçivəsində “Şən startlar” keçirildi

23 dekabr tarixində məktəbdə fiziki tərbiyə fənni üzrə aylıq çərçivəsində 8-ci siniflər arasında “Şən startlar” yarışı keçirilmişdir. Yarışda məktəbin rus bölməsi üzrə 8 “A”, 8 “B”, 8 “C” , Azərbaycan bölməsi üzrə isə 8 “E”, 8 “Ə” və 8 “F” sinifləri öz fiziki bacarıqlarını nümayiş etdirdilər.

Yarışda siniflər kəndir dartma, kisədə qaçış və  estafetlərdə həvəslə iştirak etdilər. Həmçinin məktəbdə siniflər arasında şagirdlərin əl işlərindən ibarət olan divar qəzetlərinin müsabiqəsi də təşkil olunmuşdur.

Təşkil olunmuş münsiflər heyəti tərəfindən yarışda qalib gəlmiş siniflər  8 “B” I yer, 8 “E” II yer, 8 “A” III yerə layiq görülərək diplomlarla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi