Ana dili və Ədəbiyyat aylığına yekun vuruldu

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə məktəbimizdə fənn ayaylıqları keçirilməklə davam edir. Noyabr ayı məktəbimizdə “Ana dili və Ədəbiyyat” aylığı elan olunmuşdur. Fənn aylığı çərçivəsində bir sıra tədbirlər: şeir və inşa müsabiqəsi, bilik yarışı, refaratlar, açıq dərslər, dəyirmi masalar, siniflər üzrə divar qəzetləri müsabiqəsi keçirilmişdir. Aylıq çərçivəsində məktəbin dil və ədəbiyyat müəllimləri Axundova Tacirə, Zamanova Kəmalə, Həmidova Gülnarə və s.açıq dərslər təşkil etmişlər. Məktəb foesində aylıq ərzində şagirdlərin tərtib etdikləri prezentasiyalar videoçarxlar şəklində nümayiş etdirilmişdir. “Ana dili və Ədəbiyyat aylığı”nın yekun tədbirində məktəb direktoru Nazilə Əliyeva ən yaxşı divar qəzeti, referat, prezentasiya və inşa müsabiqəsinin qaliblərini diplomlarla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi