Gələcəyin kimyaçıları və fizikləri

Bakı şəhər məktəblilərinin kimya və fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, Bakı şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nə və “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə start verilib. Bununla əlaqədar olaraq 29 noyabr tarixində müsabiqənin məktəb mərhələsi keçirildi. Məktəb mərhələsi müsabiqəsinin şərtlərinə uyğun olaraq hazırlandı. Müsabiqədə ən çox bal toplayan qalibləri və növbəti mərhələdə iştirak etmək hüququ qazanan komandanı məktəbin direktoru Nazilə Əliyeva təbrik edərək, qaliblərə növbəti turlarda uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi