Prezident yanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir keçirildi

14 noyabr tarixində məktəbdə Prezident yanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə böyük bir tədbir keçirilmişdir. Tədbirdə qonaqlarla yanaşı, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir. Tədbir çox önəmlı və aktual bir mövzuya həsr olunmuşdur. Şagirdlərdə vətənpərvərlik hissinin, dini əqidələrin formalaşması məsələləri ətrafında maraqlı müzakirələr aparılmış, məruzələr dinlənilmişdir. Yığıncaqda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmilər məsələ ilə bağlı maraqlı məruzələr etdilər. Sonda mövzuya həsr olunmuş film nümayiş etdirilərək, Vətən uğrunda həlak olmuş şəhidlərimiz haqqında məlumat verildi. Bu zaman yad ünsürlərin təsiri altına düşmüş əqidəsiz məsləkdaşların acı həyat taleləri haqqında maraqlı açıqlamalar da oldu.

Filmdə torpaq üğrunda şəhid olmuş övladların valideynlərinin söhbətləri qürur hissi ilə qarşılandı.

Tədbir şagirdlərdə çox dərin bir iz buraxaraq, onların alqışları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi