2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin Pedaqoji Şura iclasında müzakirəsi

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Bu barədə Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov əmr verib. Əmrin icrasına verilən tələblərə uyğun olaraq 03 noyabr 2017-ci il tarixdə 17 N-li məktəbdə pedaqoji şuranın iclası keçirilmişdir. İclasda məktəbin direktoru Nazilə Əliyeva məsələ ilə bağlı həyata keçiriləcək tədbirlər barədə müəllim heyətini tanış etdi və müəyyən göstərişlər verdi. Qeyd olundu ki, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələr keçirilməlidir. “Təhsildə keyfiyyət ili” elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr müəyyənləşdirilməli və metodbirləşmə iclaslarında müzakirə olunmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi