“Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirildi

Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Bu konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Məhz bu səbəbdən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 2017-ci ilin 20 oktyabr – 20 noyabr tarixlərində ölkədə “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bununla əlaqədar “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbimizdə 2 noyabr tarixində 9-11-ci sinif şagirdləri arasında hüquqi maarifləndirmə məqsədilə “Dəyirmi masa” adlı tədbir keçirilmişdir. Bu tədbir zamanı konvensiya tərəfindən qorunan hüquqların bölündüyü 4 kateqoriya : inkişaf, müdafiə, iştirak, yaşamaq hüquqları haqqında məlumat verilmiş, disput təşkil olunmuşdur. Konvensiyanın 54 maddəsini əhatə edən müddəalar barədə söhbət aparılmışdır. Müzakirə zamanı şagirdlərimiz fəal iştirak etmiş, tədbirin maarifləndirmə sahəsində çox əhəmiyyətli olduğunu vurğulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi