Şövkət Məmmədovanın – 120 illik yubileyi

31 oktyabr tarixində məktəbdə ilk qadın opera müğənnisi, böyük sənətkar Şövkət Məmmədovanın anadan olmasının 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə məktəb müdiriyyəti ilə yanaşı, valideyn və şagird kollektivinin nümayəndələri də iştirak etmişlər. Tədbirin aparıcıları 10-cu sinif şagirdləri Muxtarlı Əli və Nəzərli Leyla idi. Bədii gecə məktəbin valideyni  Vyaçeslav Paninin təqdimatında T.Quliyevin “Bakı” mahnısı ilə başladı. Növbəti ifalar məktəbimizin şagirdləri tərəfindən davam etdirildi. “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası 10 “B” sinif şagirdi Quliyeva Nərmin tərəfindən çox məharətlə səsləndirildi. Daha sonra 9 “Q” sinif şagirdi Zərbəliyeva Rənanın oxuduğu “Axşamlar” mahnısı ifalara xüsusi rəng qatdı. Böyük maraqla qarşılanan bu tədbirdə eyni zamanda sənətkar haqqında dəyərli məlumatlar təqdim olundu. Tədbir tamaşaçıların alqışları ilə sona yetdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi