Qazanılan uğurlar

17 №-li tam orta məktəbin şagirdlərinin təlimdə qazandıqları uğurlarla bərabər, idman sahəsində də yüksək nəticələri vardır. Belə ki, şagirdlərimiz Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi və XXX Azərbaycan Spartakiadasının keçirilməsi ilə əlaqədar tərtib olunmuş proqrama uyğun olaraq, bir sıra idman yarışlarında iştirak etmişlər. Onlar oğlanlar və qızlar arasında keçirilən mini futbol, poliatlon (çoxnövçülük), voleybol, badminton və şahmat yarışlarında fəal yarışaraq poliatlon üzrə II, şahmat və voleybol üzrə isə III yeri qazanmış, fərqlənmə diplomları ilə təltif olunmuşlar. Bu münasibətlə 25 oktyabr tarixində məktəb direktoru Nazilə Əliyeva məktəb komandalarını yarışlarda əldə etdikləri nəticələrə görə diplomlarla təltif etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi