Qazanılan uğurlar.

21 oktyabr tarixində məktəbin akt zalında direktor Əliyeva Nazilə məktəbin IX-X sinif şagirdləri ilə görüşü olmuşdur. Görüş zamanı Xətai rayonu üzrə keçirilən müsabiqələrdə fərqlənən şagirdlərə diplomlar təqdim edilmişdir. 9 “D” sinif şagirdi İsazadə Ravil rayon ümumtəhsil məktəbliləri arasında keçirilən “Vətənimin tarixi”adlı bilik yarışında III yerə layiq görülmüşdür.9 “B” sinif şagirdi Suvarova Nərgiz rayon ümumtəhsil məktəbliləri arasında keçirilən “Narkomaniya gələcəyimiz üçün böyük təhlükədir” adlı rəsm müsabiqəsində II yerə layiq görülmüşdür.9 “B” sinif şagirdi Məmmədova Zeynəb Bakı şəhəri üzrə keçirilən dzyudo (52 kq) yarışlarında I yerə layiq görülmüşdür
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi