"İnsan alverinin qurbanı olma!"

“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində Xətai rayonu 17 N-li məktəbdə keçirildi.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.Tədbiri giriş sözü ilə açan 17 nömrəli tam orta məktəbin direktoru Nəsimi Abbasov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Komitəyə öz təşəkkürünü bildirib.Komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Komitə tərəfindən gənclər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verərək, layihənin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı mövzu ilə bağlı təqdimat nümayiş etdirərək, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat verib.İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Nəzakət Balabəyova problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıb.Sonda tədbir iştirakçılarının mövzu ətrafinda sualları cavablandırılıb və məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi