PEDAQOJİ ŞURA İCLASİ KEÇİRİLDİ

   12. 09. 2024-cü il tarixində 17 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması ilə əlaqədar pedaqoji şura keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Nazilə Əliyeva 2023 -2024 –cü tədris ilinin yekunları barədə və 2024 -2025-ci tədris ilində qarşıda duran vəzifələrdən danışdı. Daha sonra məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavinlərinin və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçının çıxışları dinlənildi. İclasda yeni dərs ilində qarşıda duran əsas hədəflər, bu ildən məktəbdə tətbiq olunacaq “Şagird davranış qaydaları”, metodiki şura və fənn metodbirləşmələrinin təşkili, müəllimlər arasında dərs saatlarının, növbətçi müəllimlərin vəzifəsi, sinif rəhbərinin fəaliyyət planları barədə məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi. 2024-2025-ci tədris ilində məktəb rəhbərliyi tərəfindən, təzə gələn müəllimlər kollektivə təqdim edildi.Pedaqoji Şura iclasının sonunda məktəbin direktoru Nazilə Əliyeva müvafiq tapşırıq və tövsiyyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi