"SON ZƏNG” TƏDBİRİ KEÇİRİLDİ

  Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində“Son zəng”çalındı.14 iyunda ənənəvi olaraq təntənəli şəkildə məktəbdə“Son zəng”qeyd olundu.Tədbirdə valideynlər,müəllimlər,məzunlar,ictimaiyyət nümayəndələri iştirak etdilər.“Son zəng”tədbiri Azərbaycanın Respublikasının himni ilə açıq elan olundu və AR-nin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimiz 1 dəqiqəlik sükütla yad edildi.Giriş sözü ilə məktəbin direktoru Nazilə Əliyeva çıxış etdi.O,çıxışında məzunlara gələcək həyatlarında uğurlar arzu edərək,dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyyə etdi.Tədbirdə Xətai rayon İcra hakimiyyətinin əməkdaşı Dəyanət Əzizov da çıxış edərək məzunları xoş sözlərlə salamladı və onları təbrik etdi.Sonra sinif rəhbərləri,müəllimlər və valideynlər çıxış etdilər.Söz 11-cilərə verildi.Məzunlar məktəb rəhbərliyinə və müəllimlərə təşəkkürlərini bildirdilər və siniflər növbə ilə hazırladıqları rəqs nömrələrini təqdim etdilər.Sonda məktəbin həyətində məzunların sayına uyğun olaraq,havaya şar buraxıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi