“İNSAN HÜQUQLARI ”NA HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007–ci il tarixli Sərəncamı ilə hər il iyunun 18–nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilməsinin təsdiqlənməsi isə bu sahəyə yeni imkanlar açmaqla, yeni yanaşma tərzi aşılamışdır.Azərbaycan öz Milli İnsan Hüquqları gününü qeyd edən yeganə ölkədir.Təqdirəlayiq haldır ki, belə bir günün dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini və demokratik prinsiplərə, ümumtanınmış insan hüquqları dəyərlərinə böyük önəm verdiyini bir daha nümayiş etdirir.İnsan hüquqları gününün təsis edilməsi konstitusiyamızda təsbit edilmiş “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir” müddəasının həyatda uğurla reallaşdığını bir daha təsdiqləmişdir.Bu baxımdan Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətin əsas məqsəd və məramı insan hüquqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılmasına yönəldilmişdir.Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun Milli İnsan Hüquqları Günü” ərəfəsində mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir.17 nömrəli tam orta məktəbin 11,,C”sinif şagirdlərinin iştirakı ilə məktəbin MS tərbiyə işləri üzrə təşkilatçısı Tahir Həmzəyev tərəfindən,,İnsan hüquqlarl” mövzusunda maarifləndirici seminar dərs təşkil edildi. Seminarda çıxış edən Tahir müəllim şagirdlərə insan hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik,dövlət tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər və “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də insan hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar haqqında barədə ətraflı məlumatlar verdi. Sonda insan hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi