“MƏKTƏB KOMANDASI ,, GƏNC XİLASEDİCİ VƏ YANĞINSÖNDÜRƏN”RESPUBLİKA YARIŞINDA İŞTİRAK ETDİ

   21 mayda 17 nömrəli tam orta məktəbin komandası FHN Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin ərazisində keçirilən ,, Gənc xilasedici və yanğınsöndürən”respublika yarışında iştirak etmişdir.FHN-nin təşkilatçılığı,TN,Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.Yarış "Kombinə edilmiş yanğın estafeti”,"Maneələr zolağı” və "Komandaların təqdimatı”adlı üç mərhələdən ibarət olub.Gərgin mübarizə şəraitində keçən yarışlarda hərbi rəhbər Səbuhi Zamanovun  rəhbərliyi ilə məktəb komandası fəal iştirakına görə fərqlənmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi