“NARKOMANİYAYA YOX DEYƏK!” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

  24 noyabrda 17 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında hüquqa zidd əmələrə,zərərli vərdişlərə,nizam-intizam qaydalarına riayət olunmasına,müəllim-şagird münasibətlərinin normalara uygun olması və “Narkomaniyaya yox deyək!”mövzularında Bakı şəhəri Xətai RPİ-nin şəxsi heyyət üzrə koməkçisi polkovnik-leytenantı İdris Məhərrəmov,34 PB-nin YYÇ üzrə inspektorları,Bakı şəhər Narkoloji mərkəzin həkim-narkoloqu Vəfa Əliyeva,Referans klinikasının psixoloqu Könül xanım,Xətai rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov,Xətai rayon icra hakimiyyətinin əməkdaşı Lamiyə Hüseynova,17 nömrəli tam orta məktəbin direktoru Nazilə Əliyeva ilə 9,,E”,10,,Evə X,,A”sinif şagirdləri arasında görüş keçirildi.Tədbir zamanı yuxarıda adı çəkilən mövzular ətrafında geniş söhbət aparıldı.Çıxış edən natiqlər narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu,sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini,insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıblar.Sonda tədbirdə iştirak edən məktəbliləri maraqlandıran suallar cavablandırıldı narkomaniyaya həsr olunmuş ,,Ölüm qapıda”qısametrajlı filmi nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi