“İNSAN ALVERİ ”NƏ HƏSR OLUNMUŞ SEMİNAR TƏŞKİL EDİLDİ

   Azərbaycan Respublikasının “İnsan alveri”nə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli,958-IIQ saylı Qanununa əsasən insan alverinin profilaktikası məqsədi ilə 17 nömrəli tam orta məktəbin 6,,D”sinif şagirdlərinin iştirakı ilə biologiya müəllimi Tahir Həmzəyev tərəfindən,,İnsan alveri”mövzusunda maarifləndirici seminar təşkil edildi.İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə,oğurlama, dələduzluq,aldatma yolu ilə,təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə,yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi,əldə edilməsi, saxlanılması,gizlədilməsi,daşınması,verilməsi və ya qəbul edilməsidir.Tahir müəllim çıxış edərək insan alverinin qurbanları haqqında ətraflı məlumat verdi və şagirdləri maraqlandıran sualları cavablandırdı.Sonda insan alverinə həsr olunmuş videoçarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi