NARKOTİK VƏ PSİXOTROP MADDƏLƏR HAQQINDA MƏLUMATLILIĞIN ARTIRILMASI MƏQSƏDILƏ KONFRANS TƏŞKİL EDİLDİ

  Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli sərancamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024 cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı  qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə,,Narkotik və psixotrop maddələrin fəsadları”mövzusunda konfrans təşkil edildi.Konfrasda Tİ üzrə direktor müavini Tahir Həmzəyev, məktəbin psixoloqu Raidə İmanova,UBR Nərmin Cəlilova, 9 N:li poliklinikaının həkimi Ülviyyə  Əfəndiyeva ,8,,Ə”,9,,A” və 10,,Ç” sinif şagirdləri iştirak edirdilər.Çıxışlar zamanı narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə şagirdlərə geniş məlumatlar verildi.Bu konfransın  məqsədi yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsidir.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı və mövzuya uyğun olaraq ,,Bir dəfə” qısametrajlı filmi nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi