MƏİŞƏT ZORAKILIĞI İLƏ BAĞLI PSİXOLOJİ SÖHBƏT KEÇİRİLDİ

  22 noyabrda 17 nömrəli tam orta məktəbdə 8”B”sinif şagirdlərinin iştirakı ilə məktəb psixoloqu Raidə İmanova tərəfindən“Məişət zorakılığı”mövzusunda söhbət təşkil edildi.Tədbirdə UBR Nərmin Cəlilova və Sosial pedaqoq Könül müəllim iştirak edirdi.Tədbirdə çıxış edən psixoloq Raidə İmanova məişət zorakılığının Azərbaycanda geniş yayılmasına,əksər ailələrdə bunun özünü büruzə verməsinə və bu kimi halların cəmiyyət üçün çox təhlükəli olmasına toxunulmuşdur.Həmçinin məişət zorakılığının böyük əksəriyyətinin kişilər tərəfindən törədildiyi də qeyd edilmişdir.Daimi məişət zorakılığı yaşayan ailələrdə böyüyən uşaqlar yetərincə qayğı və sevgi görmürlər,onlarda özlərinə qapanma,utancaqlıq,dərslərində geriləmələr müşahidə olunur və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yaranır.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı və videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi