,,NARKOMANİYAYA YOX DEYƏK!” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SEMİNAR DƏRS KEÇİRİLDİ

  Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.Beləki, 22 noyabrda 17 nömrəli tam otra məktəbdə “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024 cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici seminar dərs keçirildi.Biologiya müəllimi Gülxarə Mehdiyeva tərəfindən təşkil edilən dərsdə 9 ,,D” sinif şagirdləri,məktəbin üzrə direktor müavini Tahir Həmzəyev iştirak edirdilər.Gülxarə müəllim şagirdlərə narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verdi.O bildirdi ki,ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam ,savadlı gənclikdən asılıdır.Hər bir yeniyetmə və gənc diqqətini təhsilə və idmana yönəltməlidir.Sonra sinif şagirdləri  hazırladıqları plakat, təqdimat və məruzələrlə çıxış etdilər.Dərsdə iştirak edən Tahir müəllim sağlamlıq üçün ciddi təhlükə yaradan cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri“Narkomaniyaya yox”deməyə,  sağlam həyat mənəvi kamilliyə çağırdı.Sonda tədbirdə iştirak edən məktəbliləri maraqlandıran suallar cavablandırıldı və mövzu ilə bağlı müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi