MƏKTƏB KOMANDASI ,,NƏ? HARADA? NƏ ZAMAN?” İNTELLEKTUAL OYUN ÜZRƏ ,,MƏKTƏBLİ LİQASI” LAYİHƏSİNİN İKİNCİ TURUNDA İŞTİRAK ETDİ

  18 noyabrda 17 nömrəli tam orta məktəbin ,,Şahinlər” komandası “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi tərəfindən keçirilən ,,Nə? Harada? Nə zaman” intellektual oyun üzrə ,,Məktəbli liqası” layihəsinin ikinci turunda iştirak etdi.Bu oyunda  BŞTİ-nin ümumtəhsil müəssisələrindən VI-X sinif şagirdlərindən təşkil edilmiş 4-6 nəfərlik komandaları iştirak edirdilər.Məktəbin ,,Şahinlər” komandası üzvləri 6,,G”sinif şagirdləri Həmidzadə Fidan,Məmmədhəsənli Nərmin,Kərimli Ziya,Həsənli Məhəmməd,9,,D”sinif  şagirdi Əliyev Ehad və 10,,G” sinif şagirdi Zəkiyeva Leyla məktəb UBR-i Nərmin Cəlilovanın rəhbərliyi ilə bu intellektual oyunada iştirak etdilər.İntellektual oyunun əsas məqsədi gənclərin intellektual səviyyəsinin artırılması, onların milli və ümumbəşəri dəyərlərə yiyələnməsindən ibarətdir.Bu oyun komandalar tərəfindən çox maraqla qarşılandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi