MƏKTƏB ŞAGİRDLƏRİ ,,SURAXANI” TANKER MUZEYİNDƏ EKSKURSİYADA OLDULAR

   2021-ci il martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyinin açılışı olmuşdur.Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

 Azərbaycanda "Suraxanı" tanker-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı,dənizçilik ənənələrinin qorunması,tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən“Suraxanı” tanker-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır.Muzey qismində“Suraxanı”tankerinin seçilməsi də təsadüfi deyil.Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.Tanker-muzeyi maraqlı eksponatlarla zəngindir. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzər Dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edirlər.Burada keçmişə səyahət də mümkündür.Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olurlar.Tanker-muzeyinin maraqlı ekspozisiyalarından olan okean və dənizlərdən yığılan floravə fauna nümunələrinin sərgiləndiyi guşədir.Tanker-muzeyində, həmçinin ikinci Dünya müharibəsi illərində, eləcə də 1990-cı ilin 20Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alıb.Muzeydə Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi fəaliyyət haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor var.Məktəbin 5,,D” sinif şagirdləri sinif rəhbəri  Kəmalə Bəxtiyarovanın rəhbərliyi ilə 16 noyabrda ,,Suraxanı”tanker müzeyində ekskursiyada oldular.Muzey bələdçisi şagirdləri tanker muzeyində olan maraqlı eksponatlar ilə tanış edərək, muzey haqqında geniş məlumat verdi. Muzeydə olan sərgilər şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi