MƏKTƏBİMİZİN ŞAGİRDLƏRİ BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ OLDULAR

  15 noyabrda 17 nömrəli tam orta məktəbin kitabxana əməkdaşları Sevil Qurbanova və Fatma Quluzadənin təşkilatçılığı ilə 7,,E”sinif şagirdləri,məktəbin direktoru Nazilə Əliyeva və TT işləri üzrə direktor müavini Bəturə Sanıyeva IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdilər.Sərgidə şagirdlər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan stendlər,həyat və yaradıcılıgından bəhs edən kitablarla yaxından tanış oldular.Məktəblilər master-klassları, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış keçirib,Azərbaycanın xalq yazıçıları və şairləri,tanınmış gənc yazarları ilə görüşüblər.Sərgi çərçivəsində keçirilən tədbirlər,simpozium və konfranslar, panel müzakirələr, imza günləri, qiraət və musiqi saatları müəllim və şagirdlərdə xoş təəssürat yaradıb.Qeyd edək ki,IX  Bakı Beynəlxalq Kitab Sərgisi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi