MƏKTƏB ŞAGİRDLƏRİ NEON MUZEYİNDƏ EKSKURSİYADA OLDULAR

 

  13 noyabrda 17 nömrəli tam orta məktəbin 5,,C”sinif şagirdləri sinif rəhbəri Mehriban Əliyevanın təşkilatçılığı ilə Bakının Novxanı kəndində yerləşən unikal ,,Neon Sənət Muzeyi”ndə ekskursiyada oldular.Neon Muzeyi XIX əsrin sonlarında öz parlaq işığı və rəngləri ilə rəssamları özünə cəlb etmək üçün kəşf edildiyi gündən xeyli yol keçmiş və sənətə öz yolunu tapmışdır. Neon Sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır. Fərid Ələkbərov, Azərbaycanın ən mühüm müasir rəssamlarından biridir və ən ikonik neon rəssamlarından biri kimi qəbul edilir. O dünyada ilk və yeganə Neon Sənət Muzeyinin təsisçisidir.

  Muzeyin yerinin seçilməsi təsadüfi deyil, belə ki, rəssam uşaqlıqdan bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub və o hesab edir ki, dənizin təmiz havası insana sərbəst nəfəs almağa imkan verən tamam başqa hissdir.Muzeydə sözün əsl mənasında döşəmədən tavana kimi bütün səthlər ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlərlə örtülmüşdür. Muzeydə normal və flüoresan rənglərin kombinasiyalarından istifadə edilmişdir ki, bu rənglər də işıq olmadıqda “işləyir” və qaranlıqda heyrətamiz parıltı effekti yaradır.Ekskursiya şagirdlər tərəfindən çox maraqla qarşılandı və sonda xatirə şəkilləri çəkdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi