MƏKTƏB ŞAGİRDLƏRİ QALADA FANTAZİYA SİRKİNDƏ EKSKURSİYADA OLDULAR

  09-12 noyabrda 17 nömrəli tam orta məktəbin 2,,Ə” ,3,,C”, 4,,Ç5,,Ç,5,,E, 5,,Ə”, 6,,A”və 6,,B”sinif şagirdləri sinif müəllimləri Elmira Ağayeva,Şəhla Musayeva,Diana Ağaverdiyeva,Şəlalə Rəşidova,Samirə Daşdəmirova,Dilarə Abdullayeva,Samirə Soltanəliyeva və İnarə Həsənovanın təşkilatçılığı ilə Qala Dövlət Etnoqrafiya qoruğunda təşkil edilən Beynəlxalq ,,Fantaziyasirk şou proqramında ekskursiyada oldular.Sirkdə biri - birindən gözəl çıxışları ilə Ukrayna, Moldova, Rusiya və Özbəkistandan artistlər şagirdləri əyləndirdilər.90 dəqiqə davam edən, bu proqram müddəti ərzində akrobatların, gimnastların, kloun və janqlyorların çıxışı, mono velosiped və sərbəst pilləkəndə müxtəlif hərəkətlər, ekvilibr gimnastların çıxışları maraqla qarşılandı.Ekskursiyanın sonunda şagirdlər xatirə şəkilləri çəkdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi