,,ZƏFƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA TƏŞKİL EDİLDİ

  06 noyabrda 17 nömrəli tam orta məktəbin akt zalında ədəbiyyat müəllimləri Aynurə Məmmədova, Şölə Qurbanova, Kəmalə Zamanovanın təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil edildilk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbirdə məktəbin müdiriyyəti, müəllimlər, valideynlər, şəhid Orucov Orxanın anası Fərqanə xanım,Azərbaycan MN-nin şöbə rəisi polkovnik Mehman Əliyev ,II Qarabağ vətən müharibəsində iştirak etmiş məzunlar Tural Əsgərov,Rüstəm Qurbanov,Murad Mirzəzadə və şagirdlər iştirak edirdilərdəbi-bədii kompozisiyada şagirdlər tərəfindən mahnılar ifa edildieirlər səsləndirildi,rəqs və kompozisiyalar göstərildi.Daha sonra məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək xalqımızın düşmən üzərində çaldığı tarixi zəfər haqqında tədbir iştirakçılarını məlumatlandırdı və onları təbrik etdi.Qonaq qismində iştirak edən şəhid anası Fərqanə xanım,II Qarabağ müharibə veteranı Tural Əsgərov öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü və bu böyük gün münasibəti ilə onları ürəkdən təbrik etdi.MN-nin  şöbə rəisi polkovnik Mehman Əliyev bütün tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik etdi.Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi