,,ZƏFƏR GÜNÜ” VƏ ,,BAYRAQ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ RAYONDAXİLİ ,,ATICILIQ” İDMAN YARIŞINDA ŞAGİRDLƏRİMİZ İŞTİRAK ETDİLƏR

   04 noyabrda Xətai rayon orta məktəblərinin şagirdləri arasında ,,Zəfər günü” və ,,Bayraq günü”nə həsr olunmuş,,Atıcılıq” idman növü üzrə yarış keçirilib. Böyük həvəslə yarışa Xətai rayonunun 37 məktəbi qoşularaq öz güclərini sınamışdılar.Bu yarışa rayonun ümumtəhsil məktəb komandaları ilə yanaşı 17 nömrəli tam orta məktəbinin komandası idman müəllimi Vasif Əkbərovun rəhbərliyi ilə qatılmışdır.Komanda üzvləri 11,,B' sinif şagirdi Baxşəliyev Cavad və 10,,C”sinif şagirdi Məhərrəmli Ravil yarışda öz fəal iştirakları ilə yadda qaldılar.Məktəbin müdiriyyəti komandamıza gələcəkdə böyük uğurlar qazanmağı arzulayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi