ERKƏN NİGAHA YOX DEYƏK! MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SEMİNAR TƏŞKİL EDİLDİ

  Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır."Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.Ümumiyyətlə,18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir .17 nömrəli tam orta məktəbdə “Erkən Nikaha Yox Deyək!” mövzusunda maarifləndirici seminar keçirildi.Seminar məktəbin UBR Nərmin Cəlilova və psixoloq Raida İmanovanın təşkilatçılığı və 7,,E” sinif şagirdlərinin istirakı ilə təşkil edildi.Nərmin müəllim çıxış edək şagirdlərə “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verdi, sonra videoçarx nümayiş etdirildi.Unutmayaq ki,gələcək nəsillərin sağlamlıq vəziyyəti gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır.Bunun üçün tarixi ənənələrin bizə miras qalmış ağır "yükündən", bəzi mental stereotiplərdən azad olmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi