“UŞAQ HÜQUQLARI”NA HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ

  02 noyabrda 17 nömrəli tam orta məktəbin 4,,Ç” sinif şagirdləri ilə sinif  müəllimi  Diana Ağaverdiyeva tərəfindən 20 oktyabr- 20 noyabr 2023- ci il tarixlərdə elan edilmiş “Uşaq hüquqları aylığı”na həsr olunmuş maarifləndirici söhbət aparıldı.Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi,onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması,uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.Şagirdlərə onların hüquqları, öz hüquqlarından istifadə qaydaları,vəzifələri,vəzifələrinin düzgün icrası barədə geniş məlumat verildi. Şagirdlər aylığa həsr olunmuş çəkdikləri rəsmləri nümayiş etdirdilər. Daha sonra şagirdlərə mövzuya aid videoçarx nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi