,,ZƏFƏR GÜNÜ” VƏ ,,İDMANSEVƏRLƏR”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ RAYONDAXİLİ ,,ŞAHMAT” İDMAN YARIŞINDA ŞAGİRDLƏRİMİZ İŞTİRAK ETDİLƏR

  02 noyabrda  Xətai rayon orta məktəblərinin şagirdləri arasında şəhid Məmmədov Rasim Oktay oğlunun xatirəsinə  həsr olunmuş ,,Şahmat” idman növü üzrə yarış keçirilib. Böyük həvəslə yarışa Xətai rayonunun 37 məktəbi qoşularaq öz güclərini sınamışdılar.Bu yarışa rayonun ümumtəhsil məktəb komandaları ilə yanaşı 17 nömrəli tam orta məktəbinin komandası idman müəllimi  Vasif Əkbərovun  rəhbərliyi ilə qatılmışdır.Komanda üzvləri 8,,C' sinif şagirdləri Əminə Səmədova,Harun Aslanlı, 9,,A” sinif şagirdi Ramazan Şərifov və 10,,C”sinif şagirdi Riad Əhmədov yarışda öz fəal iştirakları ilə yadda qaldılar.Məktəbin müdiriyyəti komandamıza gələcəkdə   böyük uğurlar qazanmağı arzulayır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi