“UŞAQ HÜQUQLARI” HAQQINDA SEMİNAR KEÇİRİLDİ

  31 oktyabrda 17 nömrəli tam orta məktəbin 8,,E” sinif şagirdləri ilə söhbət Tİ üzrə direktor müavini Tahir Həmzəyev və ədəbiyyət müəllimi Atlas Hüseynova tərəfindən 20 oktyabr- 20 noyabr 2022- ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilməsinə əsasən aparıldı. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi,onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.Şagirdlərə onların hüquqları, öz hüquqlarından istifadə qaydaları, vəzifələri, vəzifələrinin düzgün icrası barədə geniş məlumat verildi. Şagirdlərin nəzərinə çatdırıldı ki, bütün insanların hüququ dünyaya gəldiyi gündən etibarən başlayır, bu,onların ilk hüququ,yaşamaq hüququdur.Dünya ölkələri uşaqların hüquqlarını qoruduğu kimi,Azərbaycan Respublikasının qəbul etdiyi “Uşaq hüquqları haqqında qanun”a əsasən bütün uşaqlar anadan olduqları ilk gündən etibarən onların haqları dövlət tərəfindən müdafiə olunur.“Uşaq hüquqları aylığı” ilə bağlı təşkil olunmuş məktəbdaxili tədbirlər bütün siniflər üzrə davam etdirilir.Daha sonra şagirdlərə mövzuya aid videoçarx nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi