MONİTORİNQ KEÇİRİLDİ

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VI və IX sinifləri üzrə 30 oktyabrda monitorinq keçirildi.

  Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparıldı.Təhsilalanlara tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olundu. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi. Monitorinq nümunələrində açıq və qapalı tipli suallar, ingilis dilindən dinləmə mətni olmuşdur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi