,,AİLƏM VƏ MƏKTƏBİM”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ "İNTELLEKTUAL” OYUN VALİDEYNLƏRLƏRİN İŞTİRAKI İLƏ TƏŞKİL EDİLDİ

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 18.04.2023-cü il 3-29-59/3-2-170F N:li ,,Ailəm və məktəbim”layihəsi məktubuna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların ailə- məktəb münasibətlərinin sağlam pedaqoji,psixoloji əsaslar üzərində,qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdir.

Bununla bağlı, 25 oktyabrda,,Ailəm və məktəbim” layihəsinin 3-cü günündə V,VI,VII,VIII sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə intellektual oyun keçirildi.Bu oyunda,,Yaşıl”və,,Mavi”komandalar iştirak edirdilər.İlk öncə ,,Gənc kimyaçılar”ın iştirakı və kimya müəllimi Sofiya Allahyarovanın rəhbərliyi ilə təcrübələr göstərildi.Tədbirdə məktəbin müdiriyyəti,valideynlər və şagirdlər iştirak edirdilər.Gərgin oyun şəraitində keçirilən bu yarışda yekun nəticədə ,,Mavi” komandası I yerə layiq görülərək diplomlar,medallar və kubokla təltif edildilər.Bu oyun şagirdlər və valideynlər tərəfindən çox maraqla qarşılandı.,,Ailəm və məktəbim” layihəsi davam edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi