,,AİLƏM VƏ MƏKTƏBİM”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ VALİDEYNLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 18.04.2023-cü il 3-29-59/3-2-170F №li ,,Ailəm və məktəbim” layihəsi məktubuna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların ailə-məktəb münasibətlərinin sağlam pedaqoji,psixoloji əsaslar üzərində,qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.Beləki,23 oktyabrda məktəbin 5,6,7,8 sinif şagirdlərinin iştirakı və sinif müəllimlərinin təşkilatçılığı ilə məktəb 5 gün davam edəcək “Ailəm və məktəbim” adlı layihəsinə start verildi.Layihənin I günündə akt zalında ilk öncə məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək layihə haqqında məlumat verdi,sonra isə ,,Reproduktiv sağlamlıq”mövzusunda məktəbin psixoloqu Raida İmanova və məktəbdə fəaliyyət göstərən 9N:li poliklinikanın həkimi Ülviyyə xanım reproduktiv sağlamlığa təsir edən amillər və profilaktika tədbirləri haqqında maarifləndirici məruzələrlə çıxış edərək valideynləri maraqlandıran sualları müzakirə etdilər.Sonda ədəbiyyat müəllimləri Şölə Qurbanova,Kəmalə Zamanova və Aynurə Məmmədova öz çıxışlarında müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq,valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək məsələlərini öz çıxışlarında valideynlərlə müzakirə etdilər.Tədbirin I günü  məktəbin yeməkxanası,kitabxanası,idman zalı,sinif otaqları və informatika otaqları ilə valideynlər tanış oldular.Layihənin ilk günündə vaxt ayırıb,bu layihədə iştirak edən valideynlərimizə xüsusi təşəkkür edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi