MONİTORİNQ KEÇİRİLDİ

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planında prioritet istiqamətlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsidir. Bu məqsədlə 23 oktyabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin həm Azərbaycan, həm də rus bölmələrinin 4-cü, 6-cı, 7-ci və 8-ci siniflərində Azərbaycan dili fənni üzrə yazılı monitorinq keçirildi.Monitorinq 16 tapşırıq olan 2 variantdan ibarət idi. Şagirdlər verilmiş tapşırıqları 45 dəqiqə müddətində cavablandırdılar.Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsidir. Monitorinq vasitəsilə şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqları yoxlanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi