AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASINA HƏSR OLUNMUŞ SEMİNAR DƏRSLƏR KEÇİRİLDİ

  18 oktyabrda 17 nömrəli tam orta məktəbdə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünə həsr olunmuş dərslər 0,,Ə”,4,,Ə sinif müəllimi Vüsalə Nurməmmədzadə,1,,D”sinif müəllimi Zülfiyyə Rzayeva tərəfindən təşkil edildi.Xalqımızın milli istiqlal mübarizəsindən söhbət açan müəllimlər bildirdilər ki,1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni-müstəqil inkişaf dövrü başlanıb.Müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçib.1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi,parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb.Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib,respublikamız yeni inkişaf dövrünə qədəm qoyub.Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş,1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir.Beləliklə,1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü,1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunmuşdur.

  Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş bu tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlər,çəkdikləri rəsmlər ilə vətənə olan sevgilərini nümayiş etdirdilər.Həmçinin,tədbirdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlərin nümayişi də təşkil edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi