V,VI,VII VƏ VIII SİNİF ŞAGİRDLƏRİNİN VALİDEYNLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ İCLASI KEÇİRİLDİ

   12 oktyabrda 17 nömrəli tam orta məktəbin V,VI,VII və VIII sinif valideynləri ilə ,,Bullinq”mövzusunda maarifləndirici seminar təşkil edildi.Bu seminarda ilk öncə Tİ üzrə direkor müavini Tahir Həmzəyev valideynləri şagirdlərin adaptasiyası, etik qaydalar,şagirdlərin davranışı,şagird-müəllim- valideyn münasibətləri, şagirdlərin psixoloji gərginliyinin aradan qaldırılması,aqressiyanın aradan qaldırılması ilə əlaqədar onların ilkin edə biləcəkləri ilə bağlı məlumatlandırdı.Sonra isə məktəbin psixoloqu Raida İmanova,,Bullinq nədir”?,,,Uşağımın məktəbdə bullinqə məruz qaldığını bildikdə nə etməliyəm”?, Mən uşağıma kibberbullinq haqqında nəyi öyrətməliyəm”? bu və digər suallar valideynlərlə birgə müzakirə edildi.Ən sonda isə valideynlərin fikirləri dinlənildi,onların şikayət və təklifləri qeydə alınaraq müzakirə olunacağı haqqında məlumat verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi