“ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK” MÖVZUSUNDA RƏSM, REFERAT SƏRGİSİ KEÇİRİLDİ

    17 nömrəli tam orta məktəbin dəhlizində “Zərərli vərdişlərə yox deyək” mövzusunda rəsm, referat sərgisi  8,,A”,8,,B”,8,,C”,8,,Ç”,8,,D” sinif şagirdləri iştirakı ilə biologiya müəllimləri Tahir Həmzəyev və Elvira Babaxanova tərəfindən təşkil edildi.Sərgidə zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə şagirdlərə geniş məlumat verildi.Narkotik vasitələrin, siqaretin,spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə hazırlanmış prezentasiya və videoçarxlar təqdim olundu.Təqdimat şagirdlər tərəfindən çox maraqla qarşılandı.Bu zərərli vərdişlər müasir cəmiyyətdə yeniyetmə və gənclər arasında ən çox rastlanan və müzakirə edilən problemlərdən biri hesab edilir.Şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və sağlam həyat tərzi keçirmək tövsiyə edildi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi