27 SENTYABR ANIM GÜNÜ XÜSUSİ DƏRSLƏR KEÇİRİLDİ

 ,,Anım Günü” ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 ci il F-191 N:li tədbirlər planına əsasən 27.09.2023-cü il tarixində məktəbdə Anım Gününə həsr olunmuş dərslər keçirildi.27 sentyabr - İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin"Anım Günü"dür.Məktəbin I-XI sinif müəllimləri ilk dərsi“Anım Günü”nə həsr edərək bu gün haqqında şagirdlərə məlumat verdilər.27 sentyabr təkcə “Anım Günü” deyil,həmçinin Qarabağın 30 illik işğaldan azad olunması uğrunda gedən mübarizənin başlandığı gündür.Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq,Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizin əzm və iradəsidir ki, bu gün Qarabağ işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi