MƏKTƏB ŞAGİRDİMİZ SİNQAPUR BEYNƏLXALQ RİYAZİYYAT OLİMPİYADASINDA UĞURLA ÇIXIŞ ETDİ

  Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiyadası (SIMOC)dünyanın hər yerindən gənc riyaziyyat həvəskarlarını bir araya gətirən, hər il keçirilən nüfuzlu yarışmadır.Əsas məqsəd riyazi istedadı inkişaf etdirmək,bacarıqlarını nümayiş etdirmələri və dostluq rəqabəti ruhunda həmyaşıdları ilə qarşılıqlı əlaqə qurmaları üçün qlobal platforma rolunu oynayır.2023-cü ildə keçirilən SIMOC yarışlarında 17 nömrəli tam orta məktəbin rus bölməsinin 9,,A”sinif şagirdi Seyidov Yusif Anar oğlu Sinqapurda keçirilən final mərhələsində 1 qızıl və 1 gümüş medal qazanaraq sertifikatlarla təltif edilmişdir.Məktəbin direktoru Nazilə Əliyeva Yusifi təbrik edərək, ona gələcək həyatında uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi