15 SENTYABR - "BİLİK GÜNÜ"

 15 sentyabrda 17 nömrəli tam orta məktəbdə "Bilik günü" tədbiri keçirildi.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Dəyanət müəllim və BŞTİ-nin TDM-nin əməkdaşı Samirə xanım da iştirak edirdi.

Bilik günü ilk zəng, ilk həyəcandır.Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür.15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təhsil sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.Məktəbimizdə də “Bilik Günü” təntənəli şəkildə qeyd edildi. Məktəbin direktoru Nazilə Əliyeva və məktəbin qonaqları “Bilik Günü” münasibətilə birinciləri və şagirdləri təbrik etdilər. Nazilə xanım Təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2023-2024-ci il tədris ilinin ilk dərsi haqqında əmrini tədbir iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki ümumi təhsil müəssisələrində 2023-2024-cü il -ci tədris ilinin ilk dərsi “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.,,Bilik günümünasibətilə məktəbə qədəm qoyan birincilərə uğurlar arzu edirik.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi